Çempionlar Liqası:

Çempionlar Liqası: "Bavariya" və "Real"ın səfər sınağı

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci tura start veriləcək.
 
Sport7.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 görüş keçiriləcək.
 
Çempionlar Liqasının qalibi "Bavariya” səfərdə "Lokomotiv”lə qarşılaşacaq. Qrupun digər matçında "Atletiko” "Zalsburq”u qonaq edəcək.

B qrupunda "Şaxtyor” öz meydanında "İnter”lə görüşəcək. Mönhenqladbaxda "Borussiya” "Real”la üz-üzə gələcək.

"Porto” evdə "Olimpiakos”u qəbul edəcək. C qrupunun favoriti "Mançester Siti” Fransada "Marsel”in qonağı olacaq.

D qrupunda "Liverpul” "Midtülland”ı sınağa çəkəcək. "Atalanta” isə "Ayaks”la münasibətlərinə aydınlıq gətirəcək.
 

Çempionlar Liqası
II tur
27 oktyabr

A qrupu
21:55. "Lokomotiv” (Moskva, Rusiya) – "Bavariya” (Almaniya)
24:00. "Atletiko” (İspaniya) – "Zaltsburq” (Avstriya)

Xal durumu: "Bavariya” - 3, "Lokomotiv” - 1, "Zaltsburq” - 1, "Atletiko” - 0

B qrupu
21:55. "Şaxtyor” (Donetsk, Ukrayna) – "İnter” (İtaliya)
24:00. "Borussiya” (Mönhenqladbax, Almaniya) – "Real Madrid” (İspaniya)

Xal durumu: "Şaxtyor” - 3, "Borussiya” - 1, "İnter” - 1, "Real Madrid” - 0

C qrupu
24:00. "Portu” (Portuqaliya) – "Olimpiakos” (Yunanıstan)
24:00. "Marsel” (Fransa) – "Mançester Siti” (İngiltərə)

Xal durumu: "Mançester Siti” - 3, "Olimpiakos” - 3, "Portu” - 0, "Marsel” - 0

D qrupu
24:00. "Liverpul” (İngiltərə) – "Midtüllann” (Danimarka)
24:00. "Atalanta” (İtaliya) – "Ayaks” (Niderland)

Xal durumu: "Atalanta” - 3, "Liverpul” - 3, "Ayaks” - 0, "Midtüllann” - 0
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR