Çempionlar Liqası: "Ən yaxşı" adına namizədlər

Çempionlar Liqası:
UEFA, Çempionlar Liqasının 2017/18 mövsümündə müxtəlif nominasiyalar üzrə ən yaxşı oyunçu adına namizədlərin siyahısını açıqlayıb.

Sport7.az xəbər verir ki, geridə qalan mövsümün ən yaxşısı olmağa namizədlər bunlardı:

Ən yaxşı qapıçı: Canluici Buffon ("Yuventus” / PSJ), Alisson ("Roma” / "Liverpul”), Keylos Navas ("Real”).

Ən yaxşı müdafiəçi: Marselo, Serxio Ramos, Rafael Varan (hamısı "Real").

Ən yaxşı yarımmüdafiəçi: Toni Kroos, Luka Modriç (hər ikisi "Real”), Kevin de Breyne ("Mançester Siti).

Ən yaxşı hücumçu: Lionel Messi ("Barselona”), Kristiano Ronaldo ("Real” / "Yuventus”), Məhəmməd Salah (Liverpul).

Səsvermə ötən mövsüm qrup mərhələsində iştirak etmiş komandaların baş məşqçiləri və Avropa İdman Nəşriyyatı Assosiasiyası tərəfindən seçilmiş jurnalistlər arasında aparılacaq. 

Qeyd edək ki, qalibin adı isə avqustun 30-da keçiriləcək ÇL-in qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.
 
Sport7.az

Xəbər lenti