Çempionlar Liqası: İlk mərhələnin püşkü atıldı

Çempionlar Liqası: İlk mərhələnin püşkü atıldı
Bu gün Çempionlar Liqasında 2018/19 mövsümünün ilk mərhələsinin püşkü atılıb.

Sport7.az xəbər verir ki, püşkün nəticəsinə əsasən "Santa Koloma" (Andorra) "Drita" (Kosovo) ilə, "La Fiorita" (San-Marino) "Linkoln" (Cəbəllütariq) ilə qarşılaşacaq.


Cütün qalibləri final matçında üz-üzə gələcək və qələbə qazanan komanda adını I təsnifat mərhələsinə yazdıracaq. Həmin klub Azərbaycan çempionu "Qarabağ”ın potensial rəqibinə çevriləcək.
 
Qeyd edək ki, ÇL-in 1-ci və 2-ci mərhələlərinin püşkü iyunun 19-da atılacaq. Yeni avrokubok mövsümü isə iyunun 26-da start götürəcək. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə təsnifat mərhələlərində "böyük beşlik” klubları iştirak etməyəcək.
 
Sport7.az

Xəbər lenti