"Çempionlar Liqası mənim turnirimdi" - Kriştianu Ronaldu

"Yuventus"un forvardı Kriştianu Ronaldu "Bayer"lə oyundan (2:0) sonra media nümayəndələrinin qarşısına çıxıb.

Portuqaliyalı futbolçu Çempionlar Liqasını sevimli turniri adlandırıb:

"Çempionlar Liqasında daha bir gecə geridə qaldı. Çempionlar Liqası mənim turnirimdi. ÇL-i sevirəm. Bu turnirdə oynamaqdan zövq alıram. Amma önəmli olan komandanın çıxışıdı. İkinci hissədə əla oynadıq və iki qol vurduq.

İkinci hissədə yüksək pressinqdən istifadə etdik, özümüzdən əmin idik və nəticədə bir neçə qol epizodu yaratdıq. Komanda fiziki baxımdan əla formadadı. İkinci hissədə oyuna nəzarət edən tərəf biz idik.

Məğlub olmadıq və qrup mərhələsini lider kimi başa vurduq. Odur ki, nəticələr bizi qane edir və özümüzdən əminik.

Pley-off oyunları çətin olacaq. Qrupda da güclü rəqiblərimiz var idi. Püşkatmada iştirak edəcək bütün komandalara hörmətlə yanaşırıq və püşkün çətin olacağını yaxşı başa düşürük".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR