Çempionlar Liqası: PSJ

Çempionlar Liqası: PSJ "Mançester Yunayted"i məğlub etdi, "Roma" "Portu"dan güclü oldu - VİDEO

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

Sport7.az-ın məlumatına görə, ilk oyun gününə iki görüş nəzərdə tutulmuşdu.
 
Gecənin maraqla gözlənilən qarşılaşmasında "Mançester Yunayted" PSJ-ni qəbul edib. Oyunun ilk hissəsində qol səsi çıxmayıb. İkinci hissəyə daha yaxşı başlayan qonaqlar 53-cü dəqiqədə Kimpembenin künc zərbəsindən sonra vurduğu qol sayəsində hesabda önə keçiblər. Çox keçmədən Mbappe fərqi artırıb. Matçda başqa qol olmayıb. Beləliklə, səfərdə "Mançester Yunayted"i 2:0 hesabı ilə məğlub edən PSJ cavab görüşü öncəsində böyük üstünlük əldə edib.
 
Gecənin digər matçında "Roma" "Portu"dan güclü olub - 2:1. "Canavarlar"ın heyətində Nikolo Zaniolo oyunu ilə ön plana çıxıb. Dublla yadda qalan 19 yaşlı futbolçu komandasının qələbəsində böyük pay sahibi olub. "Portu"nun yeganə qoluna isə Adrian imza atıb.

Çempionlar Liqası

1/8 final (ilk oyunlar)
 
"Mançester Yunayted" (İngiltərə) - PSJ (Fransa) - 0:2
 
Qollar: Kimpembe, 53, Mbappe, 60
 
Qırmızı vərəqə: Poqba


"Roma" (İtaliya) - "Portu" (Portuqaliya) - 2:1
 
Qollar: Zaniolo, 70;76 - Adrian, 79
 
Cavab görüşləri 7 mart tarixində oynanılacaq.



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR