Çempionlar Liqası: PSJ və

Çempionlar Liqası: PSJ və "Çelsi"dən qələbə - VİDEO

Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində daha iki oyun keçirilib.

Sport7.az xəbər verir ki, Fransa PSJ-si Almaniyada "Bavariya" ilə qarşılaşıb və 3:2 hesablı qələbəyə sevinib. 

Gecənin digər oyununda isə "Çelsi" İspaniyada "Portu"nun qonağı olub. Pandemiya səbəbindən "Ramon Sançez Pisxuan" stadionunda baş tutan  qarşılaşma "Çelsi"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Bu komandalar arasında cavab qarşılaşmaları aprelin 14-də gerçəkləşəcək.

Çempionlar Liqası, 1/4 final, ilk oyunlar

23:00. "Bavariya" (Almaniya) - PSJ (Fransa) - 2:3
(Erik Şupo-Motinq, 37, Tomas Müller, 60 - Kilian Mbappe, 3; 68, Markinyos, 28)

 
23:00. "Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə) - 0:2
(Meyson Maunt, 32, Bencamin Çilvell, 85)
 
 
İlk oyun günündə keçirilən matçlarda "Real" İspaniyada "Liverpul"u 3:1, "Mançester Siti" isə İngiltərədə Dortmund "Borussiya"sını 2:1 hesablı məğlubiyyətə uğradıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR