Çempionlar Liqası tarixinin reytinqi: Siyahıda bizim klublar da var

Çempionlar Liqası tarixinin reytinqi: Siyahıda bizim klublar da var

Çempionlar Liqası (keçmiş Çempionlar Kuboku) tarixinin reytinq cədvəli açıqlanıb.

Sport7.az xəbər verir ki, 1955-2020-ci illəri əhatə edən reytinq cədvəlində Azərbaycanın 7 klubunun adı var.

Ən yaxşı göstəriciyə sahib komanda "Qarabağ"dır. Ağdam təmsilçisi təsnifat və qrup mərhələri daxil olmaqla 41 xal toplayıb və 84-cü pillədə qərarlaşıb. 

"Neftçi" 169-cu olub. Bakı klubunun aktivində 15 xal var. Azərbaycan təmsilçiləri arasında 3-cü ən yaxşı göstərici "Bakı" (6 xal) klubuna məxsusdu. 

Azərbaycanın bütün komandalarının reytinq sıralaması:

1) 84. "Qarabağ" - 41 xal
2) 169. "Neftçi" - 15 xal
3) 269. "Bakı" - 6 xal
4) 294. "Keşlə" (İnter) - 5 xal
5) 396. "Şəmkir" - 2 xal 
6) 397. "Kəpəz" - 2 xal
7) 424. "Xəzər Lənkəran" - 1 xal
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR