Çempionlar Liqası: Yarımfinal mərhələsinin püşkü atıldı

Çempionlar Liqası: Yarımfinal mərhələsinin püşkü atıldı
Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılacaq. 

Sport7.az xəbər verir ki, ənənəvi olaraq mərasim İsveçrənin Nyon şəhərində keçiriləcək.
 
Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

"Bavariya” (Almaniya), "Liverpul” (İngiltərə), "Real Madrid” (İspaniya) və "Roma” (İtaliya) yarımfinalda mübarizə aparacaqlar.
 

Çempionlar Liqası

Yarımfinal

"Bavariya” (Almaniya) - "Real” (İspaniya)

"Liverpul” (İngiltərə) - "Roma” (İtaliya)


Qeyd edək ki, yarım finalın ilk oyunları 24-25 aprel, cavab görüşləri 1-2 mayda keçiriləcək.
 
Sport7.az

Xəbər lenti