Çempionlar Liqasına koronavirus zərbəsi

Çempionlar Liqasına koronavirus zərbəsi

Çempionlar Liqasında koronavirus səbəbindən təxirəsalınma qeydə alınıb.

Sport7.az xəbər verir ki, hənbol üzrə Çempionlar Liqasında Rusiyanın "Rostov-Don” və Norveçin "Vaypers” komandalarının görüşü idmançıların yoluxması səbəbindən təxirə salınıb.

Görüş bu gün keçirilməli idi. Rusiya təmsilçisi bazar ertəsi Norveçə gəlib və müvafiq testlərdən sonra nümayəndə heyəti 24 saatlıq karantinə gedib. Testin cavablarından sonra görüşün keçirilməyəcəyi elan olunub. Qarşılaşmanın yeni tarixi açıqlanmayıb.

"Rostov-Don” A qrupunda 8 oyundan topladığı 13 xal sayəsində liderdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR