Çempionlar Liqasında 1/4 və yarımfinal cütləri müəyyənləşdi

Çempionlar Liqasında 1/4 və yarımfinal cütləri müəyyənləşdi
Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında Çempionlar Liqasının 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçirilib.

1/4 final və potensial yarımfinal cütləri artıq məlumdu. Həmçinin "Vanda Metropolitano" stadionunda oynanılacaq final matçının nominal ev sahibi də açıqlanıb.

1/4 final
 
"Ayaks" (Hollandiya) - "Yuventus" (İtaliya)
"Liverpul" (İngiltərə) - "Portu" (Portuqaliya)
"Tottenhem" (İngiltərə) - "Mançester Siti" (İngiltərə)
"Barselona" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)*
 
* - "Mançester Siti" və "Mançester Yunayted" eyni şəhəri təmsil etdikləri üçün "Barselona" - MY cütünün oyun qrafikində dəyişiklik edilib. İlk matç "Kamp Nou"da deyil, "Old Trafford"da oynanılacaq.
 
Yarımfinal
 
"Tottenhem" - "Mançester Siti" / "Ayaks" - "Yuventus"
"Barselona" - "Mançester Yunayted" / "Liverpul" - "Portu"
 
Final
 
Birinci yarımfinal cütünün qalibi (nominal ev sahibi) - İkinci yarımfinal cütünün qalibi
 
Qeyd edək ki, 1/4 final görüşləri 9-10, 16-17 aprel, yarımfinal mərhələsinin oyunları isə 30 aprel-1 may və 7-8 may tarixlərində keçiriləcək.
 
Çempionlar Liqasının final matçı iyunun 1-də "Vanda Metropolitano" stadionunda oynanılacaq.

Sport7.az

Xəbər lenti