Çempionlar Liqasında 2019/2020 mövsümünün son püşkü atıldı

Çempionlar Liqasında 2019/2020 mövsümünün son püşkü atıldı

UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında Çempionlar Liqasının 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçirilib.

Sport7.az xəbər verir ki, potensial 1/4 final və yarımfinal cütləri ilə yanaşı, final matçının nominal ev sahibi müəyyənləşib.

Püşkatmanın nəticələri:

1/4 final (12-15 avqust)

1. "Real"/Mançester Siti" - "Lion"/"Yuventus"

2. "Layptsiq" - "Atletiko"

3. "Napoli"/"Barselona" - "Çelsi"/"Bavariya"

4. "Atalanta" - PSJ
 
Yarımfinal (18-19 avqust)
 
1. 1-ci 1/4 final cütünün qalibi - 3-cü 1/4 final cütünün qalibi
 
2. 2-ci 1/4 final cütünün qalibi - 4-cü 1/4 final cütünün qalibi
 
Final (23 avqust)
 
2-ci yarımfinal cütünün qalibi - 1-cü yarımfinal cütünün qalibi
 
1/8 finalın 4 cütünün - "Bavariya" - "Çelsi" (ilk oyun - 3:0), "Barselona" - "Napoli" (ilk oyun - 1:1), "Mançester Siti" - "Real" (ilk oyun - 2:1), "Yuventus" - "Lion" (ilk oyun - 0:1) - taleyinə hələlik aydınlıq gəlməyib. 7-8 avqust tarixlərində cavab qarşılaşmaları keçiriləcək.

Qeyd edək ki, Çempionlar Liqası 1/4 finaldan etibarən "Səkkizlər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək. Oyunlara "Benfika" və "Joze Alvalade" stadionları ev sahibliyi edəcək. Yarımfinalçılar və finalçılar bir matç üzərindən müəyyənləşəcək.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR