Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaq komandalar müəyyənləşdi

Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaq komandalar müəyyənləşdi

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

Sport7.az xəbər verir ki, son oyun günündə baş tutan 5 qarşılaşma ilə pley-offa yüksələn komandaların adına aydınlıq gəlib.

16 sentyabr

UEFA Çempionlar Liqası

3-cü təsnifat mərhələsi

19:00. "Omoniya" (Kipr) - "Srvena Zvezda" (Serbiya) - 1:1 (PENALTİLƏRLƏ - 4:2)
(Mixael Lüftner, 31 - Mirko İvaniç, 45+1)

21:00. "Ferentsvaroş" (Macarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:1
(Gergö Lovrençiç, 2, Mürto Uzuni, 65 - Amer Qoyak, 23)

21:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Dinamo" (Brest, Belarus) - 1:0
(Dan Biton, 50-p.)

21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) - 0:0 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 5:6)

22:30. "Midtüllann” (Danimarka) - "Yanq Boyz” (İsveçrə) - 3:0 
(Fabian Lustenberger, 51 (avtoqol), Anders Dreyer, 62, Aver Mabil, 84)

Pley-off mərhələsinin cütlükləri

Çempionlar Yolu

"Slaviya” (Praqa, Çexiya) - "Midtüllann” (Danimarka)
"Makkabi” (Təl-Əviv, İsrail) - "Zaltsburq” (Avstriya)
"Olimpiakos” (Yunanıstan) - "Omoniya” (Kipr)
"Molde” (Norveç) - "Ferentsvaroş” (Macarıstan) 

Liqa Yolu

"Krasnodar” (Rusiya) - PAOK (Yunanıstan)
"Gent” (Belçika) - "Dinamo” (Kiyev, Ukrayna)
 
Bu mərhələnin ilk matçları 22-23 sentyabrda, cavab qarşılaşmaları isə 29-30 sentyabrda oynanılacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR