Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşdi

Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşdi
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, bu haqda UEFA-nın rəsmi saytı məlumat yayıb. Belə ki, 4-cü turun matçlarından sonra bu ada İngiltərə təmsilçisi "Tottenhem"in hücumçusu Harri Keyn layiq görülüb.

25 yaşlı forvard azarkeşlərin səsverməsinə əsasən Milan Pavkov ("Srvena Zvezda”, Serbiya), Kərim Benzema ("Real Madrid”, İspaniya) və Riyad Mahrezi ("Mançester Siti”, İngiltərə) geridə qoyub. 

Keyn Çempionlar Liqasının IV turunda evdə Hollandiyanın PSV komandasını 2:1 hesabı ilə məğlub etdikləri matçda hər iki qolun müəllifi olub.
 
Sport7.az

Xəbər lenti