"Dinamo"dan qələbə, Norveçdə 6 qol

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçlarından daha 3-ü keçirilib. 

Sport7.az xəbər verir ki, 3-cü təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ı penaltilər seriyası ilə mübarizədən kənarlaşdırmış Norveç "Molde"si Macarıstan komandası "Ferentsvaroş"u qəbul edib. Görüş heç-heçə başa çatıb. 

Gözlənilmədən pley-offa vəsiqə qazanan Kiprin "Omoniya" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olub. Bu oyundan meydan sahibləri qalib ayrılıb. Belçika təmsilçisi "Gent" isə Ukraynanın "Dinamo" (Kiyev) komandasını qəbul edib. Görüş qonaqların qələbəsi ilə bitib. 

23 sentyabr

UEFA Çempionlar Liqası, pley-off mərhələsi

İlk oyunlar

23:00. "Olimpiakos” (Yunanıstan) - "Omoniya” (Kipr) - 1:0
(Matyö Valbuena, 69-p.) 

23:00. "Molde” (Norveç) - "Ferensvaroş” (Macarıstan) - 3:3
(Leke Ceyms, 55. Maqnus Volff Eykrem, 65. Martin Ellinqsen, 83 - Frank Boli, 7. Mürto Uzuni, 52)

23:00. "Gent” (Belçika) - "Dinamo” (Kiyev, Ukrayna) - 1:2
(Tim Klyayndinst, 41 - Vladislav Supryaqa, 9. Karlos De Pena, 79)

Bu qarşılaşmaların cavab görüşləri sentyabrın 29-da gerçəkləşəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR