Çempionlar Liqasında son yarımfinalçı müəyyənləşdi

Çempionlar Liqasında son yarımfinalçı müəyyənləşdi

Qadın voleybolçuların Çempionlar Liqasında sonuncu yarımfinalçı müəyyənləşib.

"Novara" "Alyans Volley"i qəbul edib. İlk matçda 3:1 hesabı ilə qələbə qazanan İtaliya təmsilçisinin növbəti mərhələyə yüksəlməsi üçün aktivinə iki set yazdırması yetərli idi.

"Novara" ilk iki setdə missiyanın öhdəsindən gəlib. Ardınca "Alyans Volley" hesabı bərabərləşdirsə də, tay-breykdə sevinən tərəf ev sahibləri olub.
 
Yarımfinala vəsiqəni təmin edən "Novara"nın heyətində Paola Eqonu 18 xalla matçın ən məhsuldar oyunçusu olub. Qarşı tərəfdə Renata Şandor və Peyc Tapp hərəyə 12 xal toplayıblar.


Çempionlar Liqası

1/4 final (cavab oyunları)

"Novara" (İtaliya) - "Alyans Volley" (Almaniya) - 3:2 (25:14, 25:22, 16:25, 18:25, 16:14)

İlk görüş - 3:1


Daha öncə "Fənərbağça", "İmoko Volley" və "Vakıfbank" adlarını son dörd komanda sırasına yazdırmışdılar. Yarımfinalda "Novara" "Vakıfbank"la, "İmoko Volley" isə "Fənərbağça" ilə qarşılaşacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR