Çempionlar Liqası:

Çempionlar Liqası: "Fənərbağça" İtaliyadan məğlub qayıdır

Qadın voleybolçuların Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşü keçirilib.

"İmoko Volley" "Fənərbağça"nı qəbul edib. Komandalar sonuncu dəfə ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində üz-üzə gəlmiş və hər iki qarşılaşma İtaliya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Oyuna daha yaxşı başlayan "İmoko Volley" açılış setini aktivinə yazdıraraq hesabda önə keçib. Matçın geri qalan hissəsində "sarı mələklər" rəqabət göstərsələr də, yetərli olmayıb. İkinci və üçüncü setləri iki xallıq fərqlə öndə bitirən İtaliya təmsilçisi rəqibinə set vermədən qələbə qazanıb.
 
"İmoko Volley"də Samanta Fabris 20 xalla qalibiyyətdə əsas pay sahiblərindən olub. "Fənərbağça"nın heyətində isə Melissa Varqas 23 xalla oynayıb.


Çempionlar Liqası

Qadınlar

Yarımfinal (ilk oyunlar)

"İmoko Volley" (İtaliya) - "Fənərbağça" (Türkiyə) - 3:0 (25:21, 25:23, 26:24)

Hakimlər: Mixail Temelis (Yunanıstan), Aleksander Şikaniç (Lixtenşteyn)


Komandalar arasındakı cavab görüşü aprelin 9-da keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR