"Çempionluq haqda düşünmürəm" - Emeri

"Premyer Liqa çempionu? Bu haqda düşünmürəm".

Sport7.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan "Arsenal”ın baş məşqçisi Unay Emeri deyib. 

"Sky Sports”a danışan Emeri, "Sadəcə, doğma meydanımızda oynayacağımız qarşılaşmanı və azarkeşlərimizi gözləyirəm. Onlara necə inkişaf etdiyimizi göstərmək istəyirəm”, deyə bildirib. 

Qeyd edək ki, "Arsenal” Premyer Liqanın 9-cu turunda, öz meydanında "Lester”lə qarşılaşacaq.
 
Sport7.az

Xəbər lenti