Çempionumuz ana ilə oğlunu maşınla vurdu - FOTOLAR

Çempionumuz ana ilə oğlunu maşınla vurdu - FOTOLAR
Həndbol üzrə olimpiya çempionu avtomobili ilə ana və oğlunu vurub.

Sport7.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Füzuli küçəsində 90 RR 445 dövlət qeydiyyat nişanlı "Honda CR-V" markalı avtomobili idarə edən 1948-ci il təvəllüdlü Lyudmila Yeqor qızı Şubina idarə etməni itirərək yolu keçmək istəyən 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızı və onun oğlu 2014-cü il təvəllüdlü Məmmədov Hüseyn Nicat oğlunu vurub. Xəsarət alan hər iki şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan "Report"a verilən məlumata görə, Ü.Məmmədova 1-ci dərəcəli koma vəziyyətindədir.

Hadisəni törədən sürücü Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.

Qeyd edək ki, hadisəni törədən sürücü Lyudmila Şubina XXI Yay Olimpiya Oyunlarının həndbol üzrə çempionu olub. (Report.az)
 






 
Sport7.az

Xəbər lenti