Çempionumuz dünya çempionatına gedə bilməyəcək

Çempionumuz dünya çempionatına gedə bilməyəcək

5-6 oktyabr tarixlərində İpaniyanın Valladolid şəhərində batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə Dünya Kuboku keçirilmişdir.

Sport7.az xəbər verir ki, yarışda ölkəmizi batut gimnastikası və tamblinq üzrə yığma komandanın üzvləri İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov və Mixail Malkin təmsil etmişdir.

Bu kubokda tamlinq üzrə təmsilçimiz Mixail Malkin final hərəkətlərini icra edərkən zədə almışdır və yarışları dayandırmaq məcburiyyətində qalmışdır. Təəssüflər olsun ki, Avropa çempionumuz zədə səbəbindən 28 noyabr-1 dekabr tarixlərində Yaponiyanın paytaxtı Tokioda keçiriləcək batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə Dünya Çempionatında iştirak edə bilməyəcək.

Batutçularımız isə çıxışları zamanı yol verilmiş səhvlərə görə final mərhələsinə adlaya bilməmişlər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR