Əmrə "bunu da yazın" jestinə aydınlıq gətirdi

Əmrə
Türkiyə Super Liqasının turunda baş tutan "Qalatasaray" - "Başakşəhər" oyunu ətrafında söz-söhbətlər səngimir. 
 
Sport7.az xəbər verir ki, bu dəfə "Başakşəhər"in kapitanı Əmrə Bələzoğlunun sarı vərəqə aldıqdan sonra çevrilib əli ilə "yazın bunları" işarəsi verdiyi müzakirələrə səbəb olub.

Bundan sonra Əmrə verdiyi açıqlama ilə söz-söhbətlərə son qoyub. O, bildirib ki, bu hərəkəti ilə idman yazarlarına işarə vermişəm ki, bunu da yazın.
 
Əmrənin sözlərinə görə, media həmişə ona qarşı ikiüzlü olub.
 
Sport7.az

Xəbər lenti