"Səbail”in kapitanı Rahid Əmirquliyev klubun rəsmi saytının əməkdaşları ilə söhbətləşib.
Sport7.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi karyerası və komandanın durumu haqda sualları cavablandırıb.
- 3-cü mövsüm olmasına baxmayaraq, vaxt çox tez keçdi. Bu 3 ildə çox yaxşı hallar oldu. Birinci il Avropa Liqasında iştirak etmişdik. 60-cı oyuna çıxmağım sevindirici haldır. Bundan da çox oyuna çıxıb, komandaya fayda vermək üçün həmişə çalışacağam.
- Azarkeşlər üçün darıxmısınız?
- Əlbəttə! Azərkeşlərlə oynamaq bizim üçün daha rahatdır. Həmişə gəlib bizi dəstəkləyiblər. Hər bir futbolçu üçün azərkeş dəstəyi əlavə stimuldur. Onlar üçün çox darıxmışıq. İstəyirik ki, yenə gəlib bizi dəstəkləsinlər.
- "Səbail” – "Zirə” oyununda vurduğum qol və "Qarabağ”da oynayanda "Neftçi”yə vurduğum qolu qeyd edə bilərəm.
- Düşünürəm ki, ən çətin oyun Almaniya milli komandasına qarşı olub. Ən çətin rəqib oyunçular isə Toni Kroos və Mesut Özili deyərdim.
- Xeyr, xüsusi tapşırıq verilməyib, ancaq kapitan kimi çalışıram ki, hər bir futbolçuya dəstək olum, motivasiya edim. Bizdə gənc oyunçular çoxdur. Ancaq qeyd edim ki, bizim komandada təcrübəli futbolçular var və onlar mənə kömək edirlər.
- Hər futbolçu özü hazırlaşır oyuna və özləri bilir necə yaxşı hazırlaşmaq lazımdır. Bizim işimiz onları motivasiya edərək, oyun öncəsi "ayıltmaqdır”.
- Bizdə perspektivli oyunçular çoxdur. Ruslan Hacıyev də onlardan biridir. Düzdür, tez-tez zədə alır. Allah ona kömək olsun! Buna baxmayaraq, Ruslan Hacıyev və Turan Manafov gələcəkdə milliyə namizədlərdir.
- Futbola kiçik yaşlardan başlamaq daha yaxşıdır. Futbol məktəbi keçsə, gələcəkdə uğurlu futbolçu ola bilər. Futbolçu həm meydanda, həm də meydandan kənar hərşeyə diqqət etməlidir.
- Bəli, komandada da yoluxanlar var. Koronavirus artıq dünyanın problemidir. Virus elədir ki, ondan qorunmaq da çətindir. 3 qaydaya xüsusilə diqqət edirəm: maska taxmaq, sosial məsafə və dezinfeksiya vasitələrindən istifadə.
- Komanda olaraq test veririk və virus aşkarlanan oyunçular bizdən ayrı qalırlar. Yoluxan oyunçuların iştirak etməməsi bizə psixoloji cəhətdən təsir edir. Bir-iki futbolçu olmayanda oyuna hazırlaşmaq çətin olur.
Sport7.az