"Ən sürətli sprinter olmağımla bağlı şübhəm yoxdu" - Useyn Bolt

Yamaykalı Useyn Bolt Londonda qatılacağı avqustun 4-ü 13-ü arası keçiriləcək Dünya Atletika Çempionatı öncəsi mətbuat konfransı keçirib.

Çempionatda kişilər arasında 100 və 4x100 metr məsafəyəkomanda yarışlarında iştirak edəcək 30 yaşlı idmançı "Bir yarışa qatılıramsa, bu 100 faiz hazır olmağım anlamına gəlir. Yarışı böyük həyəcanla gözləyirəm. Burda da özümü sübut edərək karyeramı zirvədə tamamlamaq istəyirəm" söyləyib. 

Bolt sonuncu dəfə Monakoda təşkil olunan yarışda 100 metri 10 saniyədən tez qaçdığını xatırladaraq "Son yarışımı 9,95 dərəcə ilə bitirdim. Bu da doğru yöndə olduğumu göstərir. Bu çempionata dəfələrlə qatıldım, hazır olduğumu bilirəm" ifadələrini işlədib. 

Pekin, London və Rio Olimpiadalarında 8 çempionluğu olan və "Lauers Dünya İdman Mükafatları"nda 4 dəfə dünyanın ən yaxşı kişi idmançısı seçilən məşhur spirinter "Dünyanın hələ ki, ən sürətli sprinteri olmağımla bağlı şübhəm yoxdu" deyib.

Yamaykalı idmançı 100 (9,58 saniyə) və 200 metr (19,19 saniyə) məsafələrdə dünya rekordlarına da sahibdi.

Sport7.az

Xəbər lenti