Ən yaxşılar mükafatlandırıldı - İbra tədbirə getmədi

Ən yaxşılar mükafatlandırıldı - İbra tədbirə getmədi
Ötən gün "Mançester Yunayted"də bu mövsüm üçün ən yaxşı futbolçularının mükafatlandırma mərasimi keçirilib. 

Sport7.az xəbər verir ki, mərasimdə klubun demək olar bütün futbolçuları iştirak edib.  Lakin komandanın hücumçusu Zlatan İbrahimoviç mərasimdə iştirak etməyib. 

Buna səbəb isə isveçli futbolçunun ötən həftə ABŞ-da ayağından əməliyyat olunduqdan sonra vətəninə qayıtmasıdır. 

Qeyd edək ki, cari mövsüm "Mançester Yunayted”də ən yaxşı qolun müəllifi Henrix Mxitaryan, ən yaxşı oyunçular isə Antonio Valensiya (futbolçular arasındakı sorğuda) və Ander Errera (azarkeşlərin rəyinə əsasən) olublar.
 
Sport7.az

Xəbər lenti