“Qəbələ”nin idmançısı Rusiyada çempion oldu

“Qəbələ”nin idmançısı Rusiyada çempion oldu
Rusiyanın Volqoqrad şəhərində SSRİ-nin idman ustası Roman Subbotinin xatirəsinə həsr olunan ənənəvi boks turniri keçirilib. 

Sport7.az xəbər verir ki, 2003-2004-cü il təvəllüdlü yeniyetmələrin mübarizəsində "Qəbələ” də təmsil olunub. 

"Qəbələ” İdman Klubunun üzvü Nurlan Qasımov turnirdə uğurla çıxış edib. Dzaxlı kəndinin məktəblisi Volqoqradda keçirdiyi hər üç döyüşdə qalib gəlib. 

59 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz turnirin qalibi adına layiq görülüb.

Sport7.az

Xəbər lenti