Endi ¼ finalda, Vavrinka dayandı

Endi ¼ finalda, Vavrinka dayandı

Sonuncu ¼ finalçılar bəlli oldu. Dünya ikincisi Endi Marrey (Böyük Britaniya) yüksələ bilsə də, dünya dördüncüsü Stanislas Vavrinka (İsveçrə) Raoniçə uduzub.

Sport7.az xəbər verir ki, Miloş Raoniç (Kanada) Avstraliyada uğurlu çıxışlarını davam etdirir. Brizban turnirindəki çempionluğundan sonra "Australian Open”də ¼ finala yüksələ bilib. Raoniç Vavrinka üzərində 5 setdə qələbə qazana bilib. Raoniç ilk iki setdə üstün ola bilsə də, Stan setlərdə bərabərlik yarada bilib. Buna baxmayaraq, həlledici set məhz Raoniçin aktivinə yazılıb və ¼ finala məhz o yüksəlib.

Sözügedən matç 3 saat 44 dəqiqə davam edib və Raoniçin 6-4 6-3 5-7 4-6 6-3 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə Raoniç 24 eysə, 6 ikili səhvə, 82 vinnersə və 53 sadə səhvə imza atıb. Raoniç ¼ finalda fransalı Qael Monfils ilə üzləşəcək.

Marrey ¼ final uğrunda ev sahibi Bernard Tomiçi məğlub edib. Marrey 3 setin yekununda keçə bilib. 2 saat yarım davam edən bu görüş Marreyin 6-4 6-4 7-6 (7/4) hesablı qələbəsi ilə yekunlaşıb. Bu matçda 217 xal oynanılıb və qalib Marrey 122-ni aktivinə yaza bilib. Marrey ¼ finalda David Ferrer (İspaniya) ilə mübarizə aparacaq.

Heydər Rzayev


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR