Endi Marrey əməliyyatdan sonrakı periodda ilk titulunu qazandı

Endi Marrey əməliyyatdan sonrakı periodda ilk titulunu qazandı

Belçikanın Antverpen şəhərində keçirilən "European Open" turnirinə yekun vurulub.

Finalda Endi Marrey və Sten Vavrinka üz-üzə gəlib. İlk setdən məğlub ayrılmasına baxmayaraq, geridönüş edən britaniyalı raketka ustası 2 saat 28 dəqiqə davam edən oyundan 2:1 hesabı ilə qalib ayrılıb. Bu, Marreyin omba əməliyyatından sonra qazandığı ilk tituldu. O, sonuncu dəfə 2017-ci ilin fevral ayında çempionluq yaşamışdı.


European Open (ATP 250)

Antverpen, Belçika

Final

Endi Marrey (Böyük Britaniya) - Sten Vavrinka (İsveçrə) - 2:1 (3:6, 6:4, 6:4)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR