Endi Marrey üçün ilk: Top-15-də qərarlaşan tennisçini məğlub etdi

Endi Marrey üçün ilk: Top-15-də qərarlaşan tennisçini məğlub etdi

Pekində keçirilən "China Open" turnirində ilk mərhələnin görüşləri oynanılır.

Endi Marrey Matteo Berrettini ilə qarşılaşıb. 2 saat 3 dəqiqə davam edən oyun britaniyalı raketka ustasının qələbəsi ilə yekunlaşıb. Marrey hər iki seti tay-breykdə aktivinə yazdırıb.

Bu, 32 yaşlı tennisçinin yanvardakı omba əməliyyatından sonra ATP səviyyəsində beşinci fərdi matçı idi. Marrey bu müddət ərzində ilk dəfədi ki, reytinq cədvəlində "ilk 15-lik"də qərarlaşan tennisçini məğlub edir.

Qeyd edək ki, E. Marreyin ikinci mərhələdəki rəqibi Kemeron Norri olacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR