Endi Mörrey kortlara qayıtdı və Londonda titul qazandı

Endi Mörrey kortlara qayıtdı və Londonda titul qazandı

Endi Mörrey və Felisiano Lopes Londonda keçirilən "Fever-Tree" turnirində cütlərin yarışında qalib olublar.

Cütlük finalda Co Salisberi - Raciv Ram ikilisini 2:1 (7:6, 5:7, 10:5) hesabı ilə məğlub edib.

Britaniyalı tennisçi sonuncu dəfə 2011-ci ildə cütlərin yarışında çempionluq yaşamışdı. Felisiano Lopes isə Londonda fərdlərin yarışında da qalib olaraq dubl edib.
 
Qeyd edək ki, Endi Mörrey çanağındakı əməliyyatdan sonra ilk dəfə məhz Londonda kortlara qayıtmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR