Endryu Viqqins Kanada millisinə çağrılmayıb

Endryu Viqqins Kanada millisinə çağrılmayıb

Kanada Basketbol Federasiyası dünya çempionatı ərəfəsində Torontodakı düşərgəyə yollanacaq 29 basketbolçunun adını açıqlayıb.

Siyahıda Ar Cey Barrett, Camal Mörrey, Tristan Tompson, Kori Cozef və Kelli Olinik kimi isimlərə rast gəlmək mümkündü.

2014-cü il NBA draftının bir nömrəsi Endryu Viqqins isə düşərgəyə dəvət olunnmayıb. Kanada millisinin baş meneceri Rovan Barrett "Minnesota"nın forvardının öz istəyi ilə DÇ-2019-da oynamaq istəmədiyini bildirib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR