Enrike “Barselona”ya qayıdışından danışdı: “Mən qapıları açıq qoymuşam”

Enrike “Barselona”ya qayıdışından danışdı: “Mən qapıları açıq qoymuşam”

İspaniya millisinin baş məşqçisi Luis Enrike "Barselona”ya mümkün qayıdığı haqda danışıb.

Sport7.az xəbər verur ki, ötənlərin məşhur futbolçusu bu variantı istisna etməyib.

Enrike ötən günləri xoş xatirələrlə xatırladığını da vurğulayıb: "Barselona”dakı günlər möhtəşəm idi. Buna görə klub rəhbərliyinə, azarkeşlərə və futbolçulara minnətdaram. Ora yenidən qayıtmaq? Məncə, məşqçi kimi hər yerdə çalışa, futbolçuları hazırlaya bilərəm. Bunu əvvəllər də göstərmişəm. Bütün komandalar üçün qapılarımı açıq qoymuşam, o cümlədən "Barselona” üçün. Belə bir klubda çalışdığım üçün çox xoşbəxtəm, çünki "Barselona” mənə hər şey verib”.

Xatırladaq ki, Luis Enrike 2014-cü ildən 2017-ci ilə qədər "Barselona”nı çalışdırıb. İki dəfə İspaniya çempionatının, üç dəfə ölkə kubokunun qalibi olub. Onun rəhbərliyi altında Kataloniya klubu Çempionlar Liqasının, Avropa Superkubokunun və klublar arası dünya çempionatının qalibi olub.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR