Ərdoğan Həbib Nurməhəmmədovun əlini sıxdı

Ərdoğan Həbib Nurməhəmmədovun əlini sıxdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan UFC çempionatının qalibi Həbib Nurməhəmmədovla ayaqüstü görüşüb. 

Sport7.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
 
Görüş İstanbulda yeni hava limanının açılışı mərasimi zamanı baş tutub. 

Ərdoğan idmançı ilə qısa söhbət edib. 

Qeyd olunur ki, H. Nurməhəmmədovu hava limanının açılışına şəxsən Ərdoğan dəvət edib.
 
Sport7.az

Xəbər lenti