Eriksenin

Eriksenin "Real"a transferi təxirə düşdü - "Tottenhem"də qalır

"Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen böyük ehtimalla bu yay iş yerini dəyişməyəcək.

"As" nəşrinin məlumatına görə, "Real"ın transfer hədəfi olan danimarkalı futbolçu "Tottenhem"in yeni 4 illik müqavilə təklifini qəbul etmək niyyətindədi. Belə olan halda, o, ilinə 6 milyon avro məvacib alacaq. "Tottenhem"in heyətində sözügedən məbləğdən daha artıq qazanan yeganə oyunçu Harri Keyndi.

Daha əvvəl "Real"ın orta xətt üzrə prioritetinin Pol Poqba olduğuna dair xəbərlər yayılmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR