Erlinq Holand adını Bundesliqa tarixinə yazdırdı

Erlinq Holand adını Bundesliqa tarixinə yazdırdı

Dortmund "Borussiya"sı Bundesliqanın 19-cu turu çərçivəsində keçirilən oyunda "Köln"ü 5:1 hesabı ilə darmadağın edib.

Erlinq Holand sözügedən matçda dubl müəllifi olub. 19 yaşlı futbolçu çempionatdakı ilk iki oyununda 5 qola imza ataraq Bundesliqa tarixində bunu bacaran ilk oyunçu olub.

Holanda rekorda imza atmaq üçün 60 dəqiqə kifayət edib. Norveçli hücumçu hər iki görüşdə sonradan meydana daxil olmuşdu.

Qeyd edək ki, "Borussiya" Holandı 20 milyon avro qarşılığında "Zalsburq"dan transfer edib.

Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR