Erməni qol vurdu,

Erməni qol vurdu, "Qəbələ"nin rəqibi qalib gəldi

Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Dortmund "Borussiya"sı Almaniya Bundesliqasının 10-cu turu çərçivəsində növbəti matçını keçirib. Sport7.az xəbər verir ki, dortmundlular səfərdə "Maynts"ın qonağı olub.

Qarşılaşma təmsilçimizin rəqibinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Borussiya"ya qələbə qazandıran qolları Marko Roys və Henrix Mxitaryan imza atıb.

Qeyd edək ki, "Borussiya" oktyabrın 22-də "Qəbələ"nin Bakıda qonağı olacaq.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR