Ermənilərin yığmasına koronavirus şoku

Ermənilərin yığmasına koronavirus şoku

Ermənistan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində IV turun Estoniya ilə səfər matçı öncəsi karantin qaydalarını pozub.

Sport7.az xəbər verir ki, oyun günü millinin nümayəndələrindən birində koronvirus aşkarlanıb.

Buna baxmayaraq, komanda üzvləri təcrid qaydalarına əməl etməyərək, Tallində fəaliyyət göstərən erməni kilsəsini ziyarət edib, həmçinin paytaxtda fəaliyyət göstərən "Ararat" klubunun oyunçuları və onların valideynləri ilə görüşüblər.

Yoluxma faktına görə, Ermənistan yığmasının oyun öncəsi mətbuat konfransı təxirə salınsa da, UEFA görüşün keçirilməsinə icazə verib.

Qeyd edək ki, Estoniya - Ermənistan qarşılaşması 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR