Ernan Kresponun yeni klubu açıqlandı

Ernan Kresponun yeni klubu açıqlandı

Sabiq argentinalı futbolçu Ernan Krespo ölkəsinin "Defensa və Xustisiya" komandasına baş məşqçi təyin olunub.

Sport7.az xəbər verir ki, klubun rəsmi saytı sözləşmənin detallarını açıqlamayıb.

"Defensa və Xustisiya" 16 oyundan 21 xalla 16-cı yerdədir. Turnir cədvəlinə "River Pleyt" başçılıq edir.

Ernan Krespo hazırkı liderin yetirməsi sayılır. O, karyerası ərzində İtaliyanın "Parma", "Latsio", "İnter", "Milan" və "Cenoa", eləcə də İngiltərənin "Çelsi" klublarında çıxış edib.
 
Ümumilikdə 17 kubok əldə etmiş Krespo 2015-ci ildən İtaliyanın "Modena" və Argentinanın "Banfild" komandalarının baş məşqçisi olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR