Əşli Barti

Əşli Barti "Rolan Qarros"un qalibi oldu

Tennisdə mövsümün ikinci "Böyük dəbilqə" turniri olan "Rolan Qarros"da qadınların mübarizəsində çempion müəyyənləşib.

Final görüşündə Əşli Barti və Marketa Vondrouşova qarşılaşıb. İlk setdə rəqibini iki breyk qabaqlayan avstraliyalı tennisçi hesabda önə keçib. İkinci set də Bartinin üstünlüyü şəraitində keçib. 23 yaşlı raketka ustası bu səfər Vondrouşovaya üç qeym verib. Beləliklə, 1 saat 12 dəqiqə davam edən matçdan 2:0 hesabı ilə qalib ayrılan Barti karyerasının ilk "Böyük dəbilqə" çempionluğunu qazanıb.


Rolan Qarros ("Böyük dəbilqə")

Paris, Fransa

Qadınlar

Final

Əşli Barti (Avstraliya) - Marketa Vondrouşova (Çexiya) - 2:0 (6:1, 6:3)


Barti növbəti həftənin bazar ertəsi açıqlanacaq WTA reytinqində ikinci sıraya yüksələcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR