ESPN:

ESPN: "Real"ın futbolçuları Zidanın işindən narazıdılar

PSJ ilə oyunda qeydə alınan məğlubiyyətdən (0:3) sonra "Real"ın bəzi futbolçuları baş məşqçi Zinədin Zidanın işinə şübhə ilə yanaşmağa başlayıb.

ESPN-in xəbərinə görə, Madrid klubunun tanınmış futbolçuları Zidanın işinə əvvəlki kimi yanaşmadığını düşünürlər. Həmçinin 47 yaşlı mütəxəssisin Joze Mourinyo ilə əvəzlənmək ehtimalı da oyunçuları narahat edir. Namizədlər sırasında Massimiliano Alleqri və Aytor Karanka da var.

"Real"ın idarə heyətinin üzvləri yaydakı transferlərə baxmayaraq, komandanın istənilən oyunu nümayiş etdirmədiyini düşünürlər. Buna baxmayaraq, Zidan klub ətrafındakı situasiyaya optimist yanaşır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR