Əsrin transferi gerçəkləşə bilər

Əsrin transferi gerçəkləşə bilər
Bəlkə də tarixin ən böyük transferi bu yay gerçəkləşəcək.
 
Sport7.az xəbər verir ki, İspaniya radyosu "Kardena Ser"də yayımlanan "El Larguero" proqramında Neymarın "Real"a, Kristiano Ronaldonun isə PSJ-yə transfer olacağı iddia edilib. Proqramda "Real"ın Neymarı istədiyi və Rusiyada keçiriləcək dünya çempionatından sonra PSJ ilə "Real" arasında Neymarla Ronaldonun dəyişdiriləcəyi xəbərinin ictimaiyətə çatdırılacağı iddia edilib. 
 
Ronaldonun Neymarın transferinə daxil edilməsi fikrinin də məhz "Real"ın prezidenti Florentino Perezə aid olduğu və hər iki klubun artıq indidən danışıqlara başladığı söylənilir. 
 
Ronaldonun qəbul etməsi üçün transferin dəyişiklik kimi göstərilməyəcəyi və hər iki futbolçunun da ayrı-ayı ayrı-ayrı transfer olacağı deyilir. "Real" başqanı "Real"da oynamaq, Neymarın "Qızıl Top" mükafatını qazanma şansını artıracaq" söyləmişdi.
 
Sport7.az

Xəbər lenti