Essyen Bakıda Rayan Giqqzlə görüşdü

Essyen Bakıda Rayan Giqqzlə görüşdü

"Səbail" klubunun futbolçusu Maykl Essyen Bakıda səfərdə olan Uels millisinin baş məşqçisi Rayan Giqqzlə görüşüb.

Sport7.az xəbər verir ki, bu barədə qanalı yarımmüdafiəçi özünün "İnstagram" səhifəsində paylaşım edib.

46 yaşlı mütəxəssislə fotosunu paylaşan afrikalı oyunçu bu sözləri yazıb: "Səninlə yenidən qarşılaşmaq əla oldu, Rayan Giqqz".

Qeyd edək ki, Essyen "Çelsi"də, Giqqz isə "Mançester Yunayted"də çıxış edərkən dəfələrlə İngiltərə Premyer Liqasında rəqib olublar. Onlar arasında ən yaddaqalan qarşılaşma isə 2008-ci ildə UEFA Çempionlar Liqasının finalında olub. Əsas vaxtı 1:1 başa çatan həmin matçın penaltilər seriyasında 6:5 hesablı qələbə qazanan Mançester təmsilçisi çempion olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR