Essyen Geryedən dəvət gözləyir: “Sevə-sevə gedəcəyəm”

Essyen Geryedən dəvət gözləyir: “Sevə-sevə gedəcəyəm”

"Səbail" klubunun futbolçusu Maykl Essyen Azərbaycanda karantin zamanı vaxtını necə keçirdiyini açıqlayıb.
 
Sport7.az xəbər verir ki, bu barədə 38 yaşlı yarımmüdafiəçi "Neftçi"nin haitili futbolçusu Donald Gerye ilə "Instagram"da canlı söhbəti zamanı danışıb.
 
Essyen karantin vaxtı yalnız evdə qaldığını və eyni zamanda "Zoom" tətbiqetməsi vasitəsi ilə komanda yoldaşları ilə birlikdə məşq etdiyini bildirib: "Karantin vaxtı gedəcəyim yer yoxdur. Komandamız məşq üçün "Zoom" proqramından istifadə edir, məşqdən sonra evdə istirahət edirəm. Bəzən Qana musiqisinə də qulaq asıram".
 
Essyen Geryedən dəvət alacağı təqdirdə, Haitini ziyarət edəcəyinə söz verib. "O, məni Haitiyə dəvət etsə, səyahət etməyi sevdiyim üçün gedəcəyəm".
 
Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından "Səbail”də çıxış edir. Donald Gerye isə cari mövsümdən "Neftçi"nin formasını geyinir. Koronavirus pandemiyasına görə dayandırılan Azərbaycan Premyer Liqasının mayın 23-də bərpa olunacağı açıqlanıb. (Report)

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR