Evangeliya Çantava:

Evangeliya Çantava: "İstirahət günlərimi komanda yoldaşlarımla birgə keçirirəm" - FOTOLAR

"Lokomotiv”in voleybolçusu Evangeliya Çantava Yunanıstan mətbuatına müsahibə verib. Sport7.Az saytının məlumatına görə, 24 yaşlı hücumçu həmyerlilərinə Azərbaycandan və Bakı klubundan danışıb, burada günlərinin necə keçdiyini açıqlayıb. 

- Yunanıstanlı qadın idmançılar ölkə xaricində çıxış etməkdən çəkinirlər. Siz özünüzdə necə cəsarət tapdız?
- Yunanıstanda elə bil nəsə bizi özünə çəkir. Elə düşünürsən ki, vətəndə qalmalısan. Lakin voleybolda daha böyük uğurlar qazanmaq üçün Yunanıstanı tərk etməli oldum. İndi mənim bütün xəyallarım ölkə xaricindəki çıxışımla bağlıdı. - Sizi Azərbaycandan aldığınız təklifə "hə” deməyə nə vadar etdi?- İlk növbədə çempionatın səviyyəsi və əlbəttə ki, keçdiyim komandanın adı. "Vrillisia”dan sonra ölkə xaricində uğurlu karyera yaşamaq mənim arzum idi. Təklif də belə anda gəldi. Mən də legioner karyerası yaşamağa 100 faiz hazır olduğumdan bunu qəbul etdim. 

- Bakıda günləriniz necə keçir?
- Buradakı rejimimizi məşq prosesinə uyğun qururuq. Hər hazırlıqdan evə gəldikdə özüm üçün yeni bir şey öyrənirəm. Azərbaycanda kəşf etdiklərim isə məni daha da kamilləşdirir. 

- Bəlkə adi və istirahət günlərindən birini təfsilatı ilə açıqlayasız.
- Adi günlərdə saat 7:45-də yuxudan dururam. Səhər yeməyindən sonra 09:00-da komanda ilə görüşüb, avtobusla məşqə yollanırıq. 9:30-11:30 arası hazırlıq keçirik. Bəzən bu, yarım saat da artıq olur. 12:30-da hazırlıq keçdiyimiz kompleksdə nahar edirik. Ardınca avtobusla geri qayıdırıq. Təxminən 13:00-dan 15:00-dək istirahət edirik. 16:30-da yenidən bir araya gəlib, növbəti hazırlığa yollanırıq. 17:00-da başlayan məşq 20:00-dək davam edir. 20:30-20:45-də geri qayıdıb, növbəti səhəri gözləyirik. İstirahət günlərinə gəlincə, bunu komanda yoldaşlarımla birgə keçirirəm. Adətən qəhvə içir, ya da şəhərin mərkəzindəki restoranların birinə yollanırıq.

- Komandanızın bu ilki mövsümdə hədəfi nədi?
- Əsas məqsədimiz CEV kubokunu qazanmaqdı. Ölkə çempionatında da finala yüksəlmək niyyətindəyik. Düzü, komandamız avrokuboka ölkə çempionatından çox önəm verir. Bunun üçün hamı yaxşı formadadı və yüksək səviyyəli voleybolçular transfer edilib. Ümid edirəm ki, bacarığımızın ən yaxşısını nümayiş etdirəcəyik. 

- Vətəndən kənarda özünüzü necə hiss edirsiz?
- Ailəm və dostlarım üçün çox darıxıram. Əvəzində, burada daha səylə çalışıram. Çünki meydanda göstərdiyin oyununun qarşılığını maddi cəhətdən də aldıqda, bu, insana əlavə güc verir. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR