"Evə üç xalla dönməməyimiz utancvericidir" - Spalletti

İtaliya A Seriyasının 31-ci turu çərçivəsində "Torino"ya 0:1 hesabı ilə uduzan "İnter"in baş məşqçisi Luça Spalletti oyundan sonra fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis uğursuzluğu "Elə anlar olur ki, nə qədər çalışsan da işlər sən istədiyin kimi getmir. Yaxşı oyun idi, layiq olmadığımız məğlubiyyət gördük. Genoa ilə oyundan fərqli olaraq daha səliqəli oynadıq, amma bir neçə epizodda əks hücumlara şərait yaratdıq. Balansı qorumaq üçün onların əks hücumlarını boğmalı idik. Evə üç xalla dönməməyimiz utancvericidir" deməklə izah edib.

Mütəxəssis bunları da söyləyib: "Borja Valero meydanda Rafinha'nın əvəzinə? Uzun müddət oynamayan Rafinha birdən birə üç oyun ardıcıl startda meydana girdi və enerji sərf etdi. Son oyunda Borja sonradan meydana girib işinin öhdəsindən gəlmişdi. Yaxşı oynadı, təzyiq göstərdi. Mövsümün bu hissəsində hər qazanılan xal iki qat əhəmiyyətlidir. Bergamoda növbəti oyun artıq qələbəyə geri dönməliyik"
 
Sport7.az

Xəbər lenti