"Everton" Marku Silva ilə yollarını ayırdı

"Everton" baş məşqçi Marku Silvanı istefaya göndərib.

Çərşənbə günü "Everton" "Liverpul"a 2:5 hesabı ilə məğlub olmuşdu. Komanda hazırda Premyer Liqada 18-ci pillədə qərarlaşıb.

Silva 2018-ci ilin may ayından bəri Mersisayd təmsilçisini çalışdırırdı. Ötən mövsüm "Everton" portuqaliyalı mütəxəssisin rəhbərliyi altında 54 xal toplamış və çempionatı 8-ci sırada başa vurmuşdu.

Qeyd edək ki, baş məşqçi postu müvəqqəti olaraq Dankan Ferqyusona həvalə edilib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR