Evi qarət edilən idmançımız: Oğrulardan digərinin üzünü yaxşı görmək olmur

Evi qarət edilən idmançımız: Oğrulardan digərinin üzünü yaxşı görmək olmur
Azərbaycanlı taekvondoçu Fəridə Əzizovanın Yasamal rayonu, Zivərbəy Əhmədov küçəsi, 28 ünvanındakı evini qarət edən oğrulardan biri yaxalanıb.

Sport7.az xəbər verir ki, bunu Oxu.Az-a idmançının özü bildirib.

O qeyd edib ki, tutulan oğrulardan biri - Nicat İsrafilov onun evinə gəlib-gedən adam olub:

"Bir neçə gün əvvəl oğrulardan biri polislər tərəfindən tutulub. O, rəfiqəmin sevgilisidir. Onlar iki nəfər olub. Kameraya düşən adamlardan digərinin üzünü yaxşı görmək olmur. Həmin adamlar həmin gün evdə olmadığımı biliblər.

Onlar evimə girən günü mən rayonda - Qusarda olmuşam. Hazırda digər oğrunun tapılması üçün əməliyyat tədbirləri davam etdirilir. Oğrular evimdən içərisində 35 min manat və 18800 dollar olan seyfi aparıblar”.

Qeyd edək ki, qarət hadisəsi ötən ilin sentyabrın 4-6-sı aralığında törədilib.

Xatırladaq ki, Fəridə Əzizova taekvondoda dünya və Avropa üçüncüsü olub. O, Bakıda keçirilmiş I Avropa Oyunları və IV İslam Həmrəylik Oyunlarında 67 kq çəki dərəcəsində gümüş medallara sahib çıxıb.
 
Sport7.az

Xəbər lenti