Əvvəl Nazarov danışdı, sonra da AFFA

Əvvəl Nazarov danışdı, sonra da AFFA

Bu gün Dmitri Nazarovun Almaniya mətbuatına verdiyi açıqlama gündəmə "zəlzələ” kimi düşdü.

Sport7.az xəbər verir ki, futbolçu millinin toplanışına qatılmayacağını bildirib.

Məsələ ilə bağlı AFFA rəsmi saytı vasitəsiylə açıqlama yayıb. Həmin açıqlamanı sizə təqdim edirik:

UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Lüksemburq, sentyabrın 8-də isə Kipr milli komandası ilə qarşılaşacaq Azərbaycan milli komandasının təlim-məşq toplanışında Almaniyanın "Erzgebirge Aue” klubunda çıxış edən Dmitri Nazarov iştirak etməyəcək.

Azərbaycana səfər etdikdən sonra Almaniyada bir müddət karantinə cəlb olunacağı üçün futbolçu millimizin baş məşqçisi Canni De Byaziyə müraciət edib və qarşılıqlı razılıq əsasında D.Nazarovun millinin toplanışında iştirak etməməsi barədə qərar qəbul olunub.

UEFA bu tip məsələlərin hər hansı problem yaranmadan həll olunması ilə bağlı üzvü olan bütün Milli Assosiasiyalara xüsusi tövsiyələrini bildirib və bunun əsasında AFFA tərəfindən Almaniya Futbol İttifaqına müvafiq qaydada müraciət ünvanlanacaq.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR