"Əvvəlki Messini görmək mümkün olmayacaq"

"Barselona" klubunun sabiq baş məşqçisi Xerardo Martino komandanın hücumçusu Lionel Messi haqda maraqlı fikirlər səsləndirib.Sport7.Az-ın "Football Espana"ya istinadən verdiyi məlumata görə, argentinalı mütəxəssis artıq əvvəlki Messini görməyin mümkün olmayacağını iddia edib: 
 
"Messi hazırda əvvəlki formasından çox uzaqdır və özü də bunu bilir. Təbii ki, o, bundan çox narahatdır. Messi vəziyyətdən çıxış yolu axtarır. Biz də ona bu yolda kömək etməliyik. Məncə, Messinin formasından uzaq olması komandanın daxilində baş verənlərlə əlaqədardır. Düşünürəm ki, artıq əvvəlki Messini görmək şansımız yoxdur". 

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR