Çexiya yığmasının baş məşqçisi getdi

Çexiya yığmasının baş məşqçisi getdi
Çexiya yığmasının baş məşqçi Karel Yarolim postundan istefa verib. 

Sport7.az xəbər verir ki, Çexiya Futbol Federasiyasının rəsmi saytı bu haqda məlumat yayıb. 62 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Onu əvəzləyəcək baş məşqçi yaxın günlərdə müəyyənləşəcək. 

Yarolim 2016-cı ildən Çexiya yığmasına rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında Rusiyada keçirilən dünya çempionatına qatıla bilməyib. Çexiya son olaraq yoldaşlıq matçında Rusiyaya 1:5 hesabı ilə uduzub. Həmin matçı Azərbaycanın FİFA referisi Əliyar Ağayev idarə edib.
 
Sport7.az

Xəbər lenti