F1 azarkeşlərinin nəzərinə: Bu avtobusların iş vaxtı uzadıldı

F1 azarkeşlərinin nəzərinə: Bu avtobusların iş vaxtı uzadıldı
Yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması planına əsasən trekin yaxınlığından keçən 65, 5 və 53 nömrəli avtobuslar səhər saat 06:00-dan gecə saat 04:00-dək, 28 May və İçərişəhər metrostansiyaları isə saat 06:00-dan gecə saat 02:00-dək xidmət göstərəcək.

Sport7.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.

N.Arpadarainin sözlərinə görə, trekə gəlmək üçün 65 nömrəli avtobusdan istifadə etmək istəyən tamaşaçılar Azərbaycan prospektində Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaqda enərək bilet aldığı tribunaya qədər piyada hərəkət etməlidirlər.

"Yarış ərəfəsində 65 nömrəli marşrut Ə.Cavad küçəsi – Azərbaycan prospekti – Füzuli meydanı – Z.Əhmədbəyov küçəsi – Tbilisi prospekti – 20 Yanvar küçəsi - A.Məhərrəmov küçəsi – Mir Cəlal küçəsi boyu dayanacaqlardan keçəcək. Avtobus 5 dəqiqəlik intervalla hərəkət edəcək. Trekə gəlmək üçün 5 nömrəli avtobusdan istifadə etmək istəyən tamaşaçılar Rəşid Behbudov küçəsi ilə Nizami küçələrinin kəsişməsində yerləşən dayanacaqdan enərək bilet aldıqları tribunaya piyada yaxınlaşmalıdırlar. Yarış ərəfəsində 5 nömrəli marşrut N.Nərimanov metrostansiyası – 28 May metrostansiyası (Cəfər Cabbarlı küçəsi) – 28 May küçəsi (Səməd Vurğun bağı) – Nizami küçəsi və R.Behbudov küçəsi (Rəşid Behbudov adına mahnı teatrının yanı) boyu dayanacaqlar keçəcək. İnterval isə 3 dəqiqə olacaq. Trekə gəlmək üçün 53 nömrəli avtobusdan istifadə etmək istəyən tamaşaçılar Bakı Əloyunları sarayı sarayının qarşısında yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya tərəf piyada getməlidirlər. Yarış ərəfəsində 53 nömrəli marşrut Bayıl (20-ci sahə) – Bakı Su İdmanı Sarayı – Milli Bayraq Meydanı – Bakı İdman Sarayı (Funikulyorun yanı) boyu dayanacaqlarla hərəkət edəcək. Bu avtobus 6 dəqiqəlik intervalla hərəkət edəcək” – deyə N.Arpadari əlavə edib.
 
Sport7.az

Xəbər lenti