Faiq Qarayev yenidən Azərbaycan millisində

Faiq Qarayev yenidən Azərbaycan millisində

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib. 

Yığmamızı yenidən Faiq Qarayev çalışdıracaq. 

6 ay öncə Yaponiyada keçirilən dünya çempionatında uğursuz çıxışdan sonra səhhəti ilə bağlı məşqçilik karyerasını başa vurduğunu açıqlayan təcrübəli mütəxəssis yenidən komandanın "sükanı arxasına” qayıdıb. Azərbaycan Voleybol Federasiyasında I vitse-prezident vəzifəsini daşıyan Faiq Qarayev yarım il boş qalan posta dönməklə millini növbəti uğurlara daşımağa çalışacaq.
 
Artıq onun adı Qızıl Avropa Liqasında iştirak üçün göndərilən sifariş ərizəsinə də daxil edilib. Təcrübəli Qarayevə köhnə komandası – Famil Ağayevlə Emin Əbilov köməklik edəcəklər. (Ona.az)

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR